Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin iştirakçısı İbad Hüseynov Xankəndidə restoran açıb.
Musavat.com xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
Bildirib ki, restoranın açılışı mayın 1-də baş tutacaq. Şəhərin mərkəzi meydanında yerləşən obyekt “Qarabağ Qəhrəmanı” adlanır.
Qeyd edək ki, İbad Hüseynov Birinci Qarabağ müharibəsində göstərdiyi igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Şahanə Rəhimli
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ