İnsanlara hürriyət, millətlərə istiqlal!

Merts Paşinyanla Berlində danışıqlar aparacaq

Almaniya Kansleri Fridrix Merts dekabrın 9-da Berlində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Almaniya hökumətinin nümayəndəsinin müavini Sebastian Hille bildirib.

"Dekabrın 9-u saat 16:00 radələrində Almaniya Kansleri Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul edəcək. Sonrakı danışıqlar ikitərəfli iqtisadi əməkdaşlığa, regional məsələlərə və Ermənistanla Azərbaycan arasında sülh prosesinə həsr olunacaq", - o qeyd edib.

S.Hille bildirib ki, danışıqların yekununda liderlərin birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR