İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski onun vəzifəsini dəyişir

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovu ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etməyi planlaşdırır.

Bu barədə UNİAN məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Eyni zamanda Umerovun yerinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsinə keçmiş daxili işlər naziri İqor Klimenkonun gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, Umerov 2025-ci ilin iyulunda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib. Daha əvvəl o, Ukraynanın müdafiə naziri vəzifəsini tutub./Qafqazinfo/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR