Onlayn ictimai-siyasi qəzet
Naxçıvan şəhərində magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bir sıra ərazilərdə suyun verilişində müvəqqəti fasilə yaranacaq.
Musavat.com xəbər verir ki, qəzanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 12-də saat 21:00-dan etibarən şəhərin Ə.Qəmküsar, Atabəylər, Babək, Əlincə, Azərbaycan, Xətai, Nəcməddin Naxçıvani və Səməd Vurğun küçələrində, 6, 11, 58, 59 və 61-ci məhəllələrdə, Hərbi şəhərcik 2 ərazisində, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli, Bulqan və Tumbul kəndlərində suyun verilişi müvəqqəti dayandırılacaq.
Suyun verilişinin oktyabrın 13-də günün birinci yarısında əvvəlki rejimdə bərpa olunacağı gözlənilir.
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ