İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sabah”ın potensial rəqibi bəlli oldu

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Musavat.com xəbər verir ki, tədbir bu gün Bakı vaxtı ilə saat 14:00-da İsveçrənin Nyon şəhərində keçirilib.

Püşkatma mərasimində Azərbaycan çempionu "Sabah"ın da potensial rəqibləri müəyyənləşib. Masazır təmsilçisi "Orhus" səddini keçə bilsə, pley-off-da “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR