İnsanlara hürriyət, millətlərə istiqlal!

"McDonald's" məhkəməyə verildi

"McDonald's" fast-fud şəbəkəsinə qarşı qiymətlərin süni şəkildə qaldırılması və süni intellektdən (İA) istifadə edərək müştərilərdən "son kartof friyə qədər" maksimum pul çıxarılması iddiası ilə məhkəmə davası açılıb.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

İddiaçıların bildirdiyinə görə, "McDonald's" 14 minə yaxın restoranın milyonlarla əməliyyatına dair qeyri-ictimai məlumatları əsasında təlim keçmiş alqoritmlərdən istifadə edir. Bu alqoritmlər franşiz sahiblərinə qiymətləri tövsiyə edir ki, bu da müstəqil restoranlar arasında qiymətlərin faktiki koordinasiyasına şərait yaradır və ABŞ-ın antiinhisar qanunvericiliyini pozur.

"McDonald's" isə öz növbəsində ittihamları qətiyyətlə təkzib edib. Şirkətdən bildirilib:

“Süni intellekt ‘Biq Mak’ın qiymətini müəyyən etmir. Qidaların yekun dəyəri ilə bağlı qərarı hər bir franşiz sahibi müstəqil şəkildə qəbul edir”.

Məhkəmə iddiası İllinoys ştatının sakini tərəfindən qaldırılıb. O, süni şəkildə artırılmış qiymətlərə görə artıq ödəniş edən milyonlarla müştərini təmsil etmək niyyətindədir. Əgər iddia kollektiv status alarsa və məhkəmə pozuntunu təsdiqləyərsə, həmin alıcılar kompensasiya almaq hüququ qazanacaqlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR