Onlayn ictimai-siyasi qəzet
Məşhur hind aktyoru Nana Patekar 75 yaşında vəfat edib.
Musavat.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Manipal Hospital" xəstəxanası məlumat yayıb.
Məlumata görə, köməkçisi aktyoru Qoadakı evində huşsuz vəziyyətdə aşkarlayıb.
O, xəstəxanaya çatdırılıb və həkimlər təxminən 45 dəqiqə ərzində onu reanimasiya etməyə çalışıblar. Ölümün ilkin səbəbi kimi ürək tutması göstərilib.
Patekar "Yol yoldaşları", "Xoş gəlmisiniz", "Krantivir" və digər filmlərdə baş rollara çəkilib.
Hindistanın Baş naziri Narendra Modi də aktyorun vəfatı ilə bağlı başsağlığı verib.
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ