İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Ukraynaya on minlərlə ÖLÜMCÜL DRON göndərir

Almaniyanın müdafiə nəhəngi "Quantum Systems" reaktiv PUA-ları yerlə-yeksan etmək üçün Ukraynaya on minlərlə yeni nəsil "SPYS" tutucu (qatil) dron təhvil verməyə hazırlanır.

Musavat.com xəbər verir ki, bu barədə "Ukrinform" agentliyi şirkətin Berlində təşkil edilən brifinqində "Quantum Systems"in vitse-prezidenti Matias Lenaya istinadən məlumat yayıb.

Matias Lenanın verdiyi açıqlamaya görə, "SPYS" hərbi kompleksi "Quantum Systems" və Ukraynanın "WIY" şirkətinin ortaq müəssisəsi olan "Quantum WIY Industries" çərçivəsində xüsusi olaraq hazırlanıb.

Yeni ölümcül sistemin ərsəyə gətirilməsində Almaniya texnologiyalarının, xüsusilə də "STRILA" tutucu dronlarının Ukraynadakı real döyüş meydanında nümayiş etdirdiyi üstünlük və təcrübə əsas götürülüb.

Bu strateji paketdən ilk öldürücü dronların cəbhəyə nə vaxt çatdırılacağı sualını cavablandıran Almaniya şirkətinin rəsmisi deyib:

"Minlərlə belə dron artıq bu il Ukrayna ordusuna təhvil verilməyə tam hazırdır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR