İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamenti Gürcüstan rəhbərliyinə qarşı qətnamə QƏBUL ETDİ

Avropa Parlamenti oktyabrın 8-də keçirilən plenar iclasında Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının ölkədəki müxalif partiyaları qadağan etmək cəhdlərini sərt şəkildə pisləyən sənəd qəbul edib.

Musavat.com-un məlumatına görə, strateji qətnamənin lehinə 445, əleyhinə 37 deputat səs verib, 97 nəfər isə bitərəf qalıb.

Sənəddə müxalif siyasi birliklərin qadağan edilməsi cəhdləri qətiyyətlə pislənilir və onlara qarşı qaldırılmış konstitusiya iddiasının dərhal geri götürülməsi tələb olunur.

Bununla yanaşı, Avropa Parlamenti Avropa İttifaqını və üzv dövlətləri milyarder Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, Parlament sədri Şalva Papuaşvili və Tiflis meri Kaxa Kaladze də daxil olmaqla Gürcüstanın əsas rəhbər şəxslərinə fərdi sanksiyalar tətbiq etməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR