İnsanlara hürriyət, millətlərə istiqlal!

Kritik görüş - Pezeşkian Mirzoyandan Zəngəzur məlumatlarını aldı

İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Musavat.com xəbər verir ki, danışıqlarda Zəngəzur dəhlizi və regiondakı yeni kommunikasiya layihələri əsas mövzulardan biri olub.

Mirzoyan İran prezidentinə Zəngəzur dəhlizi üzrə layihənin həyata keçirilməsi istiqamətində görülən işlərin hazırkı vəziyyəti barədə məlumat verib.

Görüş zamanı Cənubi Qafqazda regional sabitlik və təhlükəsizlik, nəqliyyat kommunikasiyalarının açılması, eləcə də İran-Ermənistan münasibətlərinin inkişafı müzakirə edilib.

Mirzoyanın Tehran səfəri çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə də danışıqları keçirilib. Tərəflər nəqliyyat, energetika və infrastruktur sahələrində əməkdaşlığı nəzərdən keçiriblər.

Danışıqlarda İran-Ermənistan sərhədində ikinci körpünün tikilməsi, iki ölkə arasında üçüncü elektrik ötürücü xəttinin tamamlanmasının sürətləndirilməsi və yükdaşımaların asanlaşdırılması məsələləri də gündəmə gətirilib.

İran tərəfi regiondakı nəqliyyat yollarının açılması və yeni kommunikasiyaların yaradılması zamanı regional dövlətlərin maraqlarının və təhlükəsizliyinin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Tərəflər həmçinin regional proseslər və Tehran-İrəvan münasibətlərinin gələcək inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR