İnsanlara hürriyət, millətlərə istiqlal!

"Məni qorxuda bilməyəcəklər" – Taker Karlson ABŞ kəşfiyyatına meydan oxudu

Tanınmış amerikalı jurnalist Taker Karlson ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) onun fəaliyyətini yoxlamağa başladığını və barəsində cinayət işinin açılması imkanlarını nəzərdən keçirdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, Karlson bu addımın səbəbi kimi cari hərbi münaqişədən əvvəl İran rəsmiləri ilə qurduğu təmasları və İsrailə qarşı tənqidi mövqeyinin xüsusi xidmət orqanlarını "qəzəbləndirməsini" göstərib.

Jurnalist öz YouTube kanalında yayımladığı videoda xarici dövlətin agenti olmadığını və yalnız ABŞ-a sadiq qaldığını vurğulayaraq, açılması ehtimal olunan cinayət işindən qorxmadığını bildirib. Karlsonun fikrincə, bu təqiblərin əsl məqsədi onu qorxutmaq və nüfuzdan salmaqdır:

"Onlar istintaqın mövcudluğu barədə məlumatı mediaya sızdırıb bizi alçaltmaq və qorxutmaq istəyirlər".

O, bənzər təzyiqlərlə 2021-ci ildə Putinlə müsahibə almağa cəhd etdiyi zaman da qarşılaşdığını xatırladıb. Analitiklər hesab edirlər ki, Karlsona qarşı bu həmlə ABŞ daxilində azad söz və milli təhlükəsizlik maraqları arasındakı gərginliyi daha da kəskinləşdirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR