Onlayn ictimai-siyasi qəzet
Fransa Prezidenti Emmanuel Makron Azərbaycanla münasibətlərin normallaşdırılması yolunda işləmək niyyətini bir daha bildirib.
Musavat.com xəbər verir ki, Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda Fransa lideri xatırladıb ki, ötən il oktyabrın 2-də Kopenhagendə görüşdən və bu il mayın 21-də son telefon danışığından sonra, - istər regional məsələlər üzrə dialoq, istərsə də iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq olsun, - bütün sahələrdə ikitərəfli münasibətlərin tam potensialından istifadə etmək üçün onları normallaşdırmaq istiqamətində işləməyə davam etmək niyyətini bir daha bildirmək istəyir.
"Ümid edirəm ki, tərəfdaşlıq ruhunda ikitərəfli münasibətlərimizin inkişafına mane olan son çətinliklərin öhdəsindən gələ biləcəyik", - E.Makron yazıb.
Musavat.com
28 Iyul 2026
27 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ