Onlayn ictimai-siyasi qəzet
Macarıstanın yeni baş naziri Peter Macar sabiq hökumət başçısı Viktor Orbanın Budapeştin tarixi bölgəsində, keçmiş Karmelit monastırında (Karmelita kolostor) yerləşən rəsmi iqamətgahına köçməyəcəyini bəyan edib.
Musavat.com xəbər verir ki, Macar bu addımı ilə dövlət xərclərinə qənaət və sadə həyat tərzi mesajı verib.
Yeni baş nazir həmçinin xidməti avtomobildən istifadə qaydalarına da dəyişiklik edəcəyini vurğulayıb.
O, sosial şəbəkə hesabında etdiyi paylaşımda bu barədə belə yazıb:
"Xidməti avtomobil olaraq, seçki kampaniyam zamanı bütün ölkədə insanların artıq yaxından tanıdığı "Skoda" markalı maşından istifadə edəcəyəm. Mən həmçinin rəsmi hökumət iqamətgahına köçməkdən də imtina edirəm".
Qeyd edək ki, Peter Macarın bu qərarı ölkə ictimaiyyəti tərəfindən geniş müzakirə olunur.
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ