Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın İrana iqtisadi təzyiqi artırmaq planları hərbi əməliyyatların yenidən başlamasından imtina etmək demək deyil.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Merilenddəki Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərə deyib. O, hərbi əməliyyatların davam etdirilməsi ehtimalını istisna edib-etmədiyi soruşulduqda "Qətiyyən yox" deyib.
Tehrana qarşı iqtisadi tədbirlər hazırlama səbəblərindən danışan Tramp deyib: "Bunun hara aparacağını görmək istəyirik". O, İranın artıq ciddi iqtisadi çətinliklərlə üzləşdiyini bir daha təkrarlayıb: "Onlar razılaşma istəyirlər, amma mənim düşündüyüm razılaşmanı yox".
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ