Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp medianın tənqidi üzündən ən sevdiyi sözlər siyahısında "tarifləri" birinci yerdən beşinci yerə endirməli olub.
Musavat.com xəbər verir ki, bunu Tramp Cənubi Karolina ştatının Myrtle Beach şəhərində tərəfdarları qarşısında çıxışında zarafatla deyib: "Mən tarifləri sevirəm, bu sözü sevirəm, onlar bizi çox varlı etdilər. Amma saxta xəbər mediası mənə hücum etdi. Dedilər ki, "Tariflər onun ən sevdiyi sözdür. Bəs Allah? Bəs din? Bəs həyat yoldaşı və uşaqları? Bəs ailəsi?" Ona görə də tarifləri beşinci yerə qoydum və indi media ilə problemim yoxdur".
Avqustun əvvəlində ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə təqdim edilən sənədlərə görə, ABŞ administrasiyası Ali Məhkəmənin Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu (IEEPA) çərçivəsində tətbiq edilən tarifləri ləğv etməzdən əvvəl toplanmış tariflərdən təxminən 100 milyard dolları idxalçılara geri qaytarıb. Geri qaytarılan məbləğ hökumətin həmin tariflərdən topladığı təxminən 166 milyard dolların 60 faizini təşkil edir. Fevral ayında Ali Məhkəmə IEEPA-nın prezidentə bu cür tarifləri tətbiq etmək səlahiyyəti vermədiyinə qərar verdi, bundan sonra federal məhkəmə hökumətə əvvəllər geri alınan vəsaitləri idxalçılara qaytarmağı əmr etdi.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ