İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın Aİ üzvlüyünə namizəd statusu kağız üzərindədir - Avrokomissar

Hazırda Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizədliyi formal xarakter daşıyır.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Marta Kos deyib:

"Gürcüstan yalnız kağız üzərində namizəd ölkədir.

Mən buna təəssüf edirəm. İstərdim ki, Gürcüstan xalqının güclü dəstəyi ilə bu gün Moldova və Ukrayna ilə eyni səviyyədə olsun. Gürcüstanla necə işləməyə davam edəcəyimiz əsasən Aİ üzv dövlətlərinin oktyabr ayının sonunda genişlənmə hesabatlarında onun gələcəyini necə qiymətləndirməsindən asılı olacaq".

Brüsselin mövqeyinə cavab olaraq parlament çoxluğunun lideri İrakli Kirtsxaliya bildirib ki, Gürcüstanın Moldova və Ukraynadan geri qalması çox şişirdilib, çünki Gürcüstan hər cəhətdən bu ölkələrdən irəlidədir: "Əgər bu gün Brüsseldə bir ölkənin tərəqqisi onun konkret siyasi tələbləri nə qədər səssizcə yerinə yetirməsi ilə müəyyən edilirsə, deməli, bu artıq Avropaya inteqrasiya deyil".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR