Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda hamilə qadın evdə əri tərəfindən döyülüb.
Musavat.com xəbər verir ki, bu barədə ginekoloq Şəfəq Kamilova sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, pasiyentlərindən biri, uzunmüddətli müalicədən sonra fiziki şiddətə məruz qalıb:
"Dünən arzuolunan hamiləlik ailə münaqişəsinə qurban getdi. Oğlan qızı döyüb, evdə söz-söhbət... Qadından qan gəlib. Həkimə də aparmayıblar ki, düzələcək. Qızın anası gəlib aparıb klinikaya".
Ginekoloqun sözlərinə görə, o, başqa həkimə getdikdə isə uşağı abort etmək lazım olduğu bildirilib:
"Nəticədə qadın hamiləliyini sonlandırmağa və boşanmağa qərar verib. Nə qədər çalışsam da, qadını abortdan yayındıra bilmədim".
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ