Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Suriyanın keçmiş İqtisadiyyat və xarici ticarət naziri Hammam əl-Cəzairi sanksiya siyahısından çıxarıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.
Qeyd edək ki, Əl-Cəzairi Bəşər Əsəd hakimiyyəti dövründə - 2014-cü ildən 2016-cı ilə qədər nazir vəzifəsində çalışıb və nazirlik portfelini qəbul etdiyi vaxtdan bəri sanksiyalar altında olub.
Böyük Britaniya Xarici İşlər Nazirliyi sanksiyaların hansı səbəbdən ləğv olunduğunu açıqlamayıb.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ