Onlayn ictimai-siyasi qəzet
Respublikaçılar noyabr ayında keçiriləcək ara seçkilərdə uduzsa, demokratlar Donald Trampa qarşı impiçment prosesini başladacaqlar.
Musavat.com xəbər verir ki, məlumatı Tramp özü Cənubi Karolina ştatının Myrtle Beach şəhərində tərəfdarları qarşısında çıxış edərkən açıqlayıb: "Əgər ara seçkilərdə uduzsaq, mən impiçment olunacağam. Onlar (Demokratlar – red.) məni impiçment edəcəklər. Və onlar hətta bunun səbəbini belə bilmirlər".
Tramp ABŞ tarixində iki impiçment proseduru ilə üzləşən tək prezidentdir. Hər iki iş onun birinci müddəti ilə bağlı idi, 2019 və 2021-ci illərdə baş verib və Senatda rədd edilib.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ