Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Yaroslavl şəhərinin sabiq meri Yevgeni Urlaşov korrupsiya ittihamı ilə çəkdiyi 12,5 illik cəzanı başa vuraraq azadlığa buraxılıb.
Musavat.com xəbər verir ki, o, hüquq müdafiəçiləri tərəfindən siyasi motivlərlə təqib olunduğu iddia edilən şəxslər sırasında yer alır.
Urlaşov 2013-cü ildə Yaroslavl vilayətinin qubernatorluğuna namizədliyini elan etdikdən qısa müddət sonra saxlanılıb. 2016-cı ildə məhkəmə onu xüsusilə iri məbləğdə rüşvət alma və rüşvət almağa cəhd ittihamları ilə sərt rejimli koloniyaya göndərmiş, həmçinin 60 milyon rubl cərimə kəsmişdi.
Hüquq müdafiə təşkilatı Memorial Urlaşovun işini siyasi motivli hesab edir. Qeyd olunur ki, o, hakim “Vahid Rusiya”nı tərk etmiş, müxalif şüarlarla siyasətə qoşulmuş və 2012-ci ildə hakim partiyanın namizədini məğlub edərək Yaroslavlın birbaşa seçkilərlə seçilmiş son meri olmuşdu.
Urlaşov 2013-cü ilin iyununda regionda minlərlə insanın qatıldığı müxalif mitinq təşkil etmiş, burada hakimiyyətə və iqtidar partiyasına qarşı mübarizə aparacağını açıqlamışdı. Bir neçə gün sonra saxlanılması siyasi təqib iddialarını gücləndirmişdi.
Azadlığa çıxdıqdan sonra Urlaşov ölkəsi üçün faydalı olmaq istədiyini bildirib və mövcud sistemdə real siyasətin mümkün olmadığını deyib.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ