Onlayn ictimai-siyasi qəzet
Rusiya və Ukrayna arasında sülh danışıqları prosesi hazırda tamamilə dayanıb və gündəlikdə yeni heç bir ideya yoxdur.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
"Sülh danışıqları məsələsi – hazırda bu mövzu dərin bir pauzadadır, ortada heç bir yeni ideya yoxdur", – deyə Kreml rəsmisi vurğulayıb.
Peskovun sözlərinə görə, Kiyev rəhbərliyi Rusiyanın tələblərindən tam xəbərdardır, lakin bu məsələləri sülh yolu ilə müzakirə etmək istəmir.
Məhz bu səbəbdən Rusiya tərəfi cəbhə xəttində özü üçün müsbət dinamikanı təmin etməyə və irəliləməyə davam edir.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ