İnsanlara hürriyət, millətlərə istiqlal!

Körfəzdə təhlükəsizlik çıxılmazlığı: İran və Oman dəniz marşrutu layihəsində ABŞ və İsrail maneəsi

Yaxın Şərqdə və Xəzər-Körfəz tranzit dəhlizlərində təhlükəsizlik risqlərinin kəskin artması region ölkələrinin geoiqtisadi layihələrinə ciddi zərbə vurmaqda davam edir.

Musavat.com xəbər verir ki, İran və Oman arasında strateji əhəmiyyətə malik dəniz tranzit marşrutunun işə salınması prosesi ABŞ və İsrailin bölgədəki hərbi-dəniz fəallığı və yaranan təhlükəsizlik problemləri səbəbindən ləngiyir. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi keçirdiyi həftəlik mətbuat konfransında bəyan edib.

Diplomat vurğulayıb ki, Vaşinqton və Tel-Əvivin regiondakı sabitliyi pozan addımları dəniz ticarətinin və tranzit xətlərinin təhlükəsizliyinə birbaşa təhdid yaradır. Buna baxmayaraq, Tehran və Maskat arasında bütün səviyyələrdə intensiv danışıqlar fasiləsiz davam etdirilir.

Bəqayinin sözlərinə görə, tərəflər hazırda həm birgə diplomatik bəyanatın layihəsi, həm də gəmiçiliyin və ticari yükdaşımaların təhlükəsizliyini təmin edəcək xüsusi mexanizmin formalaşdırılması üzərində işləyirlər.

Layihənin reallaşması hər iki dövlətin dəniz ticarətində qarşılıqlı maraqlarını qorumaqla yanaşı, regiondakı iqtisadi təcrid cəhdlərini neytrallaşdırmaq məqsədi daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR