Onlayn ictimai-siyasi qəzet
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampın ünvanına sərt və qalmaqallı açıqlama verib.
Musavat.com xəbər verir ki, Kolumbiya lideri Trampın onu “narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar” kimi təqdim etməsini kəskin tənqid edib.
Prezidentin sözlərinə görə, Trampın bu cür ittihamlar səsləndirməsi sağlam düşüncədən uzaqdır:
“Trampın mənə vurduğu narkotik alverçisi damğası onun açıq-aydın qocalıq mərəzindən əziyyət çəkdiyini göstərir”, – deyə Kolumbiya Prezidenti bildirib.
Bu açıqlama Vaşinqton–Boqota münasibətlərində yeni gərginlik dalğası yaradıb və beynəlxalq mediada geniş rezonans doğurub.
Musavat.com
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ