Onlayn ictimai-siyasi qəzet
İtaliya hökuməti Ukraynaya yeni hərbi yardım paketi təqdim edən fərmanı təsdiqləyib.
Musavat.com xəbər verir ki, fərman Kiyevə əlavə hərbi yardımın əleyhinə olan sağçı Lega partiyasının etirazına baxmayaraq təsdiqlənib.
"İtaliya Ukraynanı lazım olduğu qədər dəstəkləyəcək", - deyə İtaliyanın Baş naziri Giorgia Meloni qərarla bağlı şərh verib.
1 dekabrda İtaliya hökuməti 12-ci hərbi yardım paketinin Ukraynaya köçürülməsini təsdiqləyən nazirliklərarası fərman dərc edib. Bildirilib ki, bu, "İtaliya Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən hazırlanmış məxfi sənəddə göstərilən hərbi aktivlərin, materialların və avadanlıqların Ukrayna hökumət orqanlarına təmənnasız köçürülməsidir".
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ