İnsanlara hürriyət, millətlərə istiqlal!

İştaha toxunmur, birbaşa piyləri əridir - Yeni arıqlama iynəsi

Alimlər piy toxumasına birbaşa təsir göstərən yeni CBL-514 preparatını sınaqdan keçiriblər.

Musavat.com xəbər verir ki, “Ozempik” iştaha və ümumi bədən çəkisinə təsir göstərdiyi halda, CBL-514 birbaşa yağ hüceyrələrini hədəfə alır və onların proqramlaşdırılmış ölümünü işə salır.

Aparılan araşdırmalarda preparatın bu təsiri müşahidə edilib. Sınaqlardan birinin nəticələrinə görə, son müayinədə CBL-514 tətbiq edilən iştirakçıların 69,6 faizində preparatın vurulduğu nahiyədə ən azı 150 ml dərialtı piy toxumasının azalması qeydə alınıb. Plasebo qrupunda isə həmin mərhələdə bu göstəriciyə çatan olmayıb.

Maraqlıdır ki, ən azı 150 ml piy itirən iştirakçıların 42,9 faizi bu nəticəyə cəmi bir müalicə seansından sonra çatıb. Bundan başqa, CBL-514 qrupundakı iştirakçıların 60,9 faizində ən azı 200 ml dərialtı piy azalması qeydə alınıb.

İlkin mərhələdə ən çox rast gəlinən arzuolunmaz reaksiyalar inyeksiya yerində ağrı, şişkinlik və qızartı olub. Araşdırmada bu reaksiyaların əsasən yüngül və orta dərəcədə olduğu göstərilib.

Əvvəlki klinik araşdırmada isə preparatın daha yüksək dozasının tətbiqi zamanı qarın nahiyəsində piy həcminin orta hesabla 24,96 faiz azalması qeydə alınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR