Onlayn ictimai-siyasi qəzet
İsraildə daxili gərginlik yeni mərhələyə qədəm qoyub. Ölkənin müxtəlif bölgələrində ultra-ortodoks yəhudilərin — haredilərin etiraz aksiyaları və insidentlər baş verib.
Musavat.com xəbər verir ki, Bnei-Brak şəhəri yaxınlığında yüzlərlə haredi etirazçı hərbi xidmətdən yayınmaqda ittiham edilərək saxlanılan haredi kişilərin azadlığa buraxılmasını tələb edib. Etirazçılar əsas avtomobil yolunu bağlayıb. Polis aksiyanı dağıtmaq üçün müdaxilə edib və tərəflər arasında qarşıdurma yaşanıb.
Digər insident İsrailin cənubunda, Negev bölgəsində qeydə alınıb. Tarabin qəsəbəsinə polis və ordu nümayəndələrinin müşayiəti ilə səfər edən milli təhlükəsizlik naziri İtamar Ben-Qvir yerli sakinlərin sərt etirazı ilə üzləşib. Məlumata görə, nazirin korteji daşlanıb və hadisə yerində gərgin anlar yaşanıb.
Baş verənlər İsraildə həm hərbi xidmət məsələsi ətrafında, həm də hökumət üzvlərinə qarşı artan ictimai narazılığın təhlükəli həddə çatdığını göstərir.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ