İnsanlara hürriyət, millətlərə istiqlal!

İsmayıl Zadə Xalq artistindən danışdı: “Röya varsa...” - VİDEO

Xalq artisti Röya Ayxanın qardaşı, müğənni-bəstəkar İsmayıl Zadə bacısı ilə birgə ifa etdiyi “Nankor” duetinin uğurundan danışıb.

İsmayıl Zadə Musavat.com-a açıqlamasında mahnının dinləyicilər tərəfindən seviləcəyini əvvəlcədən gözlədiyini bildirib.

“Əslində, gözləyirdim. Gözəl mahnı idi. Əlbəttə ki, işin içində Röya Ayxan olduqdan sonra hər mahnı gözəl olur. Nə yaxşı ki, duet oxuduq. Mahnını sevən hər kəsə təşəkkür edirəm. Daha gözəl mahnılar olacaq”, - deyə o qeyd edib.

Müğənni-bəstəkar “Nankor” mahnısını konkret psixoloji vəziyyətin təsiri altında yazmadığını da açıqlayıb.

“Əslində, heç bir psixoloji durumda nəzərdə tutmamışdım ki, bu mahnını yazım. Mənə elə gəlir ki, mahnı gözəl yazılıb. Tutdu və sevdirən oldu”, - İsmayıl Zadə qeyd edib.

İsmayıl Zadə söhbət zamanı bəzi insanlara da üstüörtülü mesaj göndərərək, onları nankor olmamağa çağırıb.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR