"İnsanın dostu onun cibidir" - Rəqsanənin qızından qalmaqallı açıqlama
"Çətin günlərimdə anladım ki, insanın dostu yoxdur. 4-5 nəfər var ki, onlar mənim yanımda oldu. Onlar da artıq dostum deyil, ailəm oldular".
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova "Xoş sabah" proqramında qonaq olarkən səsləndirib.
İfaçı bildirib ki, həyatının çətin dönəmlərində yaxın hesab etdiyi bəzi insanların ona qarşı gözlənilməz münasibəti ilə qarşılaşıb:
"14 yaşımdan tanıdığım, 10 illik dostlarım var idi ki, çətin gündə məni tək qoydu. 10 gündə bir yazırdı. Dost sadəcə sənin cibindir. Əgər pulun varsa, dostun da var. Yıxıldınsa, heç kəs sənin əlindən tutmayacaq. Düşünəcək ki, bu, bir də qalxa bilməyəcək. Mən hər şeyi qarşılıqlı yaşayan insanam. Kim mənə qarşı necədirsə, mən də ona qarşı eləyəm".
Könül
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ