Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Azərbaycanın Kiyevdə səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib.
Musavat.com-un məlumatına görə, dövlət başçısı bununla əlaqədar ciddi narahatlığını ifadə edib.
Prezident İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ