Onlayn ictimai-siyasi qəzet
“Taşacak Bu Deniz”dən ayrılan Onur Dilber “Hamal” serialı ilə ekranlara qayıdır.
Musavat.com xəbər verir ki, Dilber ötən həftələrdə “Gezep” obrazını canlandırdığı “Taşacak Bu Deniz” serialından ayrılmışdı. Aktyorun yeni layihəsi artıq bəlli olub.
Məlumata görə, Onur Dilber Oktay Kaynarca, Fahriye Evcen, Caner Cindoruk və Erdal Özyağcıların da rol aldığı “Hamal” serialının heyətinə qoşulub.
“KYN Yapım” imzalı serialda Dilber “Mıhçı Hasan” obrazına həyat verəcək. Lakin Onur Dilberin yeni serialda hansı xətt üzrə yer alacağı ilə bağlı ətraflı məlumat hələ açıqlanmayıb.
Orijinal hekayəsi Oktay Kaynarcanın imzasını daşıyan serialın ssenarisini Kerem Deren, Çisil Hazal Tenim və Bilge Kurban yazır. “Hamal”ın yeni mövsümün maraqla gözlənilən layihələrindən biri olacağı bildirilir.
Könül
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ