Onlayn ictimai-siyasi qəzet
Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrına görkəmli Azərbaycan estrada və opera müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin adı veriləcək.
Musavat.com xəbər verir ki, bu barədə qərar bu gün Dağıstan Respublikası Başçısı yanında görkəmli xadimlərin, xidməti olan şəxslərin, həmçinin tarixi hadisələrin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın iclasında qəbul edilib.
Baş nazirin müavini əvəzi Müslüm Telyakavovun sədrliyi ilə keçirilən iclasda görkəmli аzərbaycanlı müğənni və bəstəkarın irsinin yaşadılmasının vacibliyi vurğulanıb.
Tədbirdə teatra Müslüm Maqomayevin adının verilməsi təşəbbüsü yekdilliklə dəstəklənib.
Xatırladaq ki, Dərbənd Azərbaycan teatrı bölgədə milli mədəniyyətin və incəsənətin inkişafında mühüm rol oynayır.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ