İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Omanı günah keçisinə çevirmək istəyir - WSJ

ABŞ Prezidenti Donald Tramp İranla istədiyi nüvə sazişi əldə etməkdə çətinlik çəkdiyinə görə Omanı günahkar elan etmək istəyir.

Musavat.com xəbər verir ki, bu iddia ilə mənbələrə istinadən The Wall Street Journal (WSJ) çıxış edib.

Qəzetin məlumatına görə, bəzi yüksək vəzifəli məmurlar Sultanlıq və İran arasındakı yaxınlaşmanı münaqişənin həlli üçün faydalı sayır və hesab edirlər ki, Tramp nüvə sazişinin alınmamasında Omanı günah keçisinə çevirir.

Bir qrup rəsmilər isə Maskatı ikiüzlülükdə ittiham edir və hesab edirlər ki, onun hərəkətləri Vaşinqton üçün əlverişli sülh razılaşmasına nail olmaq səylərinə xələl gətirir.
Qeyd olunur ki, ABŞ İran-Oman razılaşmasının Tehranın Hörmüz boğazı üzərində nəzarətini gücləndirə biləcəyindən qorxur, Ağ Ev isə bölgədə gəmiçiliyin tam bərpa olunmasına ümid edir.

Qeyd edək ki, bundan əvvəl Tramp Omanın hərəkətlərindən narazılığını bildirib və İranla ABŞ arasındakı münaqişənin həllinə mane olarsa, Sultanlığı "bombalamaqla" hədələyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR