İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Xarkova zərbə endirdi: Çox sayda ölən var

Rusiya qoşunları avqustun 18-i səhər saatlarında Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə raket zərbəsi endirib. Hücum nəticəsində 10 nəfər həlak olub, daha 8 nəfər isə xəsarət alıb.

Musavat.com xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Vilayət polis idarəsinin məlumatına görə, hücum nəticəsində 10 fərdi yaşayış evi, kafe, poçt şöbəsi, mağaza və azı yeddiyə yaxın avtomobil zədələnib.

Hazırda hadisə yerində təcili yardım və xilasetmə xidmətləri çalışır. Zərbənin fəsadları dəqiqləşdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR