İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Suriyanı BOMBALADI - VİDEO

İsrail qırıcıları gecə saatlarında İdlib əyalətinin şərqində yerləşən Əbu əl-Duhur aviabazasına dörd hava zərbəsi endirib.

Hücumun əsas hədəfi uçuş-eniş zolağı olub.

Musavat.com xəbər verir ki, ərazidə Suriya hərbi hava qüvvələrinə məxsus yeni bərpa edilmiş texnikaların - iki təmirdən çıxmış Su-22 təyyarəsi, bir neçə L-39 təlim təyyarəsi və köhnə helikopterlərin yerləşdirildiyi bildirilir.

Əməliyyat Suriyanın şimal əraziləri üzərində Su-22 qırıcılarının təlim uçuşlarını əks etdirən kadrların sosial şəbəkələrdə yayılmasından dərhal sonra gerçəkləşib.

İsrail aviasiyasının aylardır davam edən sükutdan sonra həyata keçirdiyi bu gözlənilməz hücum bölgədə gərginliyi yenidən pik həddə çatdırıb.

@@TVmusavat/153196@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR