Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusu Karib dənizində narkotik qaçaqmalçılığında iştirak edən sürət qayığına zərbə endirib.
Musavat.com ABŞ Cənub Komandanlığının məlumatına istinadən xəbər verir ki, zərbə nəticəsində qayıqda olan dörd nəfər ölüb: "Təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığında fəal iştirak etdiyini göstərir".
ABŞ mediasına görə, 2025-ci ilin payızında hücumlar başlayandan bəri, ABŞ ordusunun narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi iddia edilən sürət qayıqlarına endirdiyi zərbələrdə 230-dan çox insan həlak olub.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ