İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ o bazadan bütün təyyalərini çıxartdı

Böyük Britaniyadakı Fairford Hərbi Hava Qüvvələri Bazasında yerləşən 12 B-1B Lancer strateji bombardmançı təyyarəsinin hamısı bazar günü ABŞ-ın kontinental bölgəsindəki daimi bazalarına çıxarılıb.

Musavat.com Hərbi Hava İzləmə Alyansının (MATA) məlumatına istinadən xəbər verir ki, uçuşlar dörd təyyarədən ibarət qruplar şəklində həyata keçirilib. ABŞ-a uçuş zamanı onları Amerika tanker təyyarələri də müşayiət edib.

ABŞ Hərbi Hava Qüvvələri bütün ağır bombardmançı təyyarələrin Böyük Britaniyadan təcili olaraq eyni vaxtda təxliyə edilməsinin konkret səbəblərini açıqlamayıb.

Qərar ötən həftə baza yaxınlığında qeydə alınan hadisədən sonra verilib. Xatırladaq ki, Fairford Hərbi Hava Qüvvələri Bazası yaxınlığında partlayış planlaşdırmaqda şübhəli bilinən beş britaniyalı həbs edilib. Lakin istintaq onların mümkün terror hücumunda iştirakına dair heç bir dəlil tapmayıb. Bazanın yaxınlığında park edilmiş üç mikroavtobusunda partlayıcı maddə tapılmayıb. Beş nəfərin hamısı girov müqabilində azadlığa buraxılıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR