İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyada Trampın adamı prezidentdən çox səs topladı

Braziliyadakı prezident seçkilərinin birinci turu başa çatıb və heç bir namizəd qalib gəlmək üçün tələb olunan 50 faiz həddini keçə bilməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ali Seçki Məhkəməsinin rəsmi məlumatlarına əsasən elektron bülletenlərin 99,70 faizi emal edildikdən sonra senator Flavio Bolsonaro səslərin 47,09 faizini (56 milyondan çox səs) qazanaraq turu birinci yerdə başa vurub. Hazırkı prezident Luiz İnasio Lula da Silva 53,6 milyondan çox səs toplayaraq 45,09 faiz səslə ikinci yeri tutub. Mühafizəkar müxalifət liderinin hazırkı prezident üzərindəki fərqi 2 faizdir ki, bu da təxminən 2,39 milyon səs deməkdir.

Qeyd edək ki, Flavio Bolsonaro hazırda həbsdə olan keçmiş prezident Jair Bolsonarunun oğludur. Donald Tramp hakimiyyətinin onu dəstəklədiyi bildirilir.

Seçkilərin ikinci tutur oktyabrın 25-də keçiriləcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR