Onlayn ictimai-siyasi qəzet
Çinin ABŞ dövlət istiqrazlarına olan investisiyaları son bir ildə 731,4 milyard dollardan (iyun 2025) 633,4 milyard dollara (iyun 2026) düşüb.
Musavat.com xəbər verir ki, müvafiq hesabatı ABŞ Maliyyə Nazirliyi dərc edib.
Çin uzun müddət ABŞ dövlət qiymətli kağızlarının ən böyük alıcısı olub. 2019-cu ilin fevral ayında onun bu kağızlara investisiyaları 1,13 trilyon dollara çatıb.
2019-cu ilin iyun ayında isə Yaponiyaya (1,12 trilyon dollara qarşı 1,11 trilyon dollar) uduzub və Yaponiya o vaxtdan bəri lider mövqeyini qoruyub saxlayıb. 2021-ci ilin sonlarından etibarən Çin ABŞ dövlət borclarına olan investisiyalarını ardıcıl olaraq azaldır: 2021-ci ilin dekabr ayında Çinin investisiyaları 1,07 trilyon dollar, 2022-ci ilin dekabrında 867,1 milyard dollar, 2023-cü ilin dekabrında 816 milyard dollar, 2024-cü ilin dekabrında 759 milyard dollar, 2025-ci ilin dekabrında 683,5 milyard dollar təşkil edib.
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ