Onlayn ictimai-siyasi qəzet
Müharibələrin bitmə vaxtını proqnozlaşdırmaq mümkün deyil.
İkinci dünya müharibəsi 6 il sürüb. 55 milyon insan həyatını itirmişdi. Hitler Sovetlərlə müharibəni 2 aya bitirməyi planlaşdırmışdı.
ABŞ-Vyetnam müharibəsi 19 il, 5 ay, 4 həftə, 1 gün sürmüşdür. Ümumi götürdükdə, bu müharibədə 58 200 ABŞ hərbçisi həlak olmuş, 304 min nəfər isə yaralanmışdır. 1875 amerikalı itkin düşmüşdür. Həlak olanlardan 11465 əsgərin yaşı 20-yə çatmamışdı. 1995-ci ilin avqustuna ABŞ-ın Vyetnam müharibəsi veteranlarının sayı, öz hesablamalarına görə, 1 713 823 nəfər olmuşdur.
Vyetnamlı mülki əhalinin itkisi bu günə qədər dəqiq məlum deyil, təqribi hesablamalara əsasən ölənlərin sayı 5 milyondan çoxdur.
Rusiya - Çeçenistan müharibəsi 10 il sürmüşdür. Bu münaqişə nəticəsində ölənlərin sayı hələ də bəlli deyil. Qeyri-rəsmi rəqəmlərə görə, münaqişə nəticəsində əksəriyyəti mülki vətəndaşlar olmaqla 25,000-50,000 nəfər arası insan həyatını itirmişdir. Rusiya tərəfinin itkiləri isə rəsmi rəqəmlərə görə 5,200 nəfər olduğu halda, qeyri-rəsmi statistikaya əsasən təqribən 11,000 nəfər hesablanmışdır.
Rusiya - Ukrayna müharibəsi 2022-ci ildə başlayıb. Və müharibənin şiddəti getdikcə artır. Ölənlərin sayı 200 min rəqəminin ətrafındadır. Müharibənin dayandırlamsı ehtimalı yoxdur.
ABŞ-İsrail-İran müharibəsi nə zaman durdurulacaq? Raket alovları nə zaman söndürüləcək?
Sovetlərin süqutundan sonra ölkəmizi də müharibəyə çəkdilər. Birinci və İkinci Qarabağ müharibəsində dinc əhali də daxil olmaqla 30 mindən çox insanımız öldürüldü. Xocalı və digər yaşayış məntəqlərimizdə amansız soyqırım aparıldı. Dahi siyasi xadim Heydər Əliyevin 1994-cü ildə Atəşkəsə razılıq verməsinin əhəmiyyəti indi daha aydın təsəvvür olunur. Azərbaycana qarşı birləşən qüvvələr çox güclü idilər. Vaxt götürüb güclənmək lazım idi.
Gücləndik və Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun sücaəti nəticəsində 44 Günlük müharibədə torpaqlarımızı işğaldan azad etdik. 200 illik erməni təhdidinə və barbarlığına son qoyuldu. Ölkəmizin başçısı İlham Əliyevin Sülh çağırışları həm bizim bölgə və həm də Bəşəriyyət üçün çox əhəmiyyətlidir.
Etibar Əliyev,
Sabiq deputat, təhsil üzrə ekspert
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ