İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həyatımın ən soyuq gününə möcüzə kimi gəldin" - FOTO

Müğənni Sevda Yahyayeva qızı Aida ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, Sevda övladının ad günü olduğunu bildirib:

“Yanvarın biri... Həyatımın ən soyuq gününə ən isti möcüzə kimi gəldin, balaca qızım Aidam. Bu gün 2 yaşın tamam olur. Sən gülüşünlə evimizi işıqlandıran, bacınla bir yerdə ürəyimi ikiqat döyündürən balaca möcüzəmsən. Ana olaraq sənə arzum budur ki, yolun həmişə işıqlı, qəlbin həmişə sevgi dolu olsun. Bacınla bir yerdə böyüyəsiniz, bir-birinizin dayağı, sirdaşı olasınız. Yaxşı ki, mənim qızımsan... ad günün mübarək, Aidam”.


Qeyd edək ki, Sevda Yahyayeva 2021-ci ildə həkim Zakir Bayramovla ailə həyatı qurub. Cütlüyün 2022-ci ildə Ayla adlı qızı dünyaya gəlib. 2024-cü ilin yanvarın 2-si isə  cütlüyün ikinci qızı Aida doğulub. 

Könül
Musavat.com

“Həyatımın ən soyuq gününə isti möcüzə kimi gəldin”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR