Onlayn ictimai-siyasi qəzet
Səhnədə cəsarətli və diqqətçəkən geyim seçimləri ilə tanınan məşhur türk müğənni Gülşən bu dəfə tamamilə fərqli görünüşü ilə diqqət çəkib.
Müğənni həyat yoldaşı və oğlu ilə birlikdə Orduya gedərkən hava limanında görüntülənib. Səhnə tərzindən fərqli olaraq, Gülşen səfər üçün rahat və sadə geyim seçib.
Onun hava limanı obrazına ağ, bol kəsimli üst, naxışlı geniş şalvar və barmaqarası şəpiklər daxil olub. Saçlarını təbii şəkildə toplayan sənətçi görünüşünü eynək və böyük çanta ilə tamamlayıb.
Gülşənin gündəlik və təbii görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun bu halını nadir gördüklərini qeyd ediblər.
Qeyd edək ki, Gülşən ötən il də Ordu səfəri zamanı fındıq bağında görüntülənmişdi. Müğənni başına peştamal bağlayaraq fındıq topladığı anları paylaşmış və sosial mediada böyük maraq doğurmuşdu.//Demokrat.az

27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ