İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Hizbullah-ın ikinci müdafiə xəttini dağıtmaq üzrədir – Livan prezidenti isə...

Livan prezidenti Cozef Aun Hizbullah döyüşçülərinin Əli əl-Taher yüksəkliklərində mühasirəyə alınmasından sonra ölkənin cənubunda yeni bir hərbi eskalasiyanın qarşısını almağa çalışır.

Musavat.com xəbər verir ki, məlumatı Naharnet xəbər portalı yayıb. Portalın məlumatına görə, dövlət başçısı Amerika vasitəçiləri ilə əlaqə saxlayaraq Livan ordusunu İsrail tərəfindən qurulmuş bufer zonasının xaricində yerləşən Nəbatiyyə şəhəri yaxınlığındakı bu dağlıq bölgəyə yerləşdirməyi təklif edib. Onun planına görə, buradakı Hizbullah qüvvələri silahlarını Livan hərbçilərinə təhvil verib geri çəkiləcək.

Portalın mənbələrinə görə, Aun və Livan hökuməti İsrail qoşunlarının yüksəklikləri işğal edəcəyindən və orada qurulmuş yeraltı Hizbullah sığınacaqlarını partladacağından qorxurlar. Bu, ətraf kəndləri və sakinləri təhlükəyə atacaq və genişmiqyaslı partlayışlar arzuolunmaz nəticələrə səbəb olacaq.

Əli əl-Taher yüksəklikləri Livanın cənubundakı Hizbullah əməliyyatlarına rəhbərlik edən əsas komandanlıq məntəqəsinə ev sahibliyi edir. Son günlərdə İsrailin intensiv hava hücumları bu dağlıq bölgədə strateji mövqeləri ələ keçirmək üçün planlaşdırılan əməliyyatın başlanacağını göstərir.

Dünya və yerli mətbuat həmin yüksəkliklərdə mühasirəyə düşən qüvvələrin arasında 100-dək SEPAH döyüşçüsünün də olduğuna dair məlumat yayır.

Naharnet-in məlumatına görə, İsrail qüvvələri yüksəkliklərə nəzarəti ələ keçirsələr, bu, Hizbullahın ikinci müdafiə xəttinin dağılması demək olacaq. Cənubi Livan Cezzin bölgəsindən, qərbi Bekaa vadisindən və Çuf dağlıq bölgəsindən ayrılmış olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR