İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigar Fərhadı HANSI CƏZA GÖZLƏYİR?

Xəbər veridiyimiz kimi, Nigar Fərhad Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda onun barəsində araşdırma aparılır.

Məlumata əsasən, Nigar Fərhad xaricdə təhsil xidmətləri göstərən “AİD Group” adı ilə fəaliyyət göstərib. Onun müxtəlif vətəndaşlardan xaricdə təhsil almaqla bağlı xidmətlərin göstərilməsi və digər məsələlərlə bağlı pul aldığı iddia olunur. Bildirilir ki, daxil olan şikayətlər əsasında məsələ hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılıb və faktla bağlı araşdırma başlanılıb. Aparılan araşdırma çərçivəsində Nigar Fərhadın hərəkətlərinə hüquqi qiymət verilməsi, vətəndaşlardan pul alması ilə bağlı iddiaların araşdırılması və mümkün zərərçəkmiş şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Hazırda cinayət işi üzrə istintaq və araşdırma tədbirlərinin davam etdiyi bildirilir.

Musavat.com xəbər verir ki, hüquqşünas Müşfiq Abbasov bu barədə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Nigar Fərhad Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilər:

"Bu maddələr qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluğa aiddir. Həmin maddənin sanksiyasında 4 min manatdan 7 min manatadək cərimə, 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Adətən ziyan ödənilməyəndə məhkəmə real cəza verir. Yəni görürsən ki, 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğuna görə, ziyan ödənilmədikdə 3 il yarım, 4 il azadlıqdan məhrumetmə cəzası verilir. Amma ziyan ödənilsə, zərərçəkənlərin şikayəti olmasa və vurulmuş ziyanın məbləğinin 25 faizi dövlət nəfinə ödənilsə, ziyan tam ödənildiyinə və dövlət nəfinə də 25 faiz ödəniş edildiyinə görə cinayət işinə xitam verilir. İstər məhkəmədə, istərsə də istintaqda. Əsas məsələ burada zərərçəkənlərin ziyanının ödənilməsidir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR