Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin deputatı, AMİP sədri Arzuxan Əlizadənin adından və şəklindən istifadə olunaraq saxta hesablar yaradılıb.
Bu barədə AMİP mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, müxtəlif nömrələrdən (məsələn: +994 77 380 18 95) Arzuxan Əlizadənin adından vətəndaşlara saxta mesajlar göndərilir.
Mətbuat xidməti sosial şəbəkə iştirakçılarından xahiç edib ki, bu cür saxta profillərdən gələn mesajları açmasınlar, heç bir linkə keçid etməsinlər və nömrəni dərhal bloklayaraq şikayət etsinlər.
Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, onun adından saxta hesablar açıldığı barədə müvafiq qurumları məlumatlandırıb və araşdırılma aparılmasını xahiş edib: “Yəqin ki, araşdırarlar və kimin və ya kimlərin mənə qarşı belə bir qanunsuzluğa, təxribata yol verdiyini müəyyənləşdirərlər.
Etibar Seyidağa,
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ