İnsanlara hürriyət, millətlərə istiqlal!

"Google"dan ŞOK QƏRAR: "Gemini"yə pulsuz giriş məhdudlaşdırıldı

Oktyabrın 9-dan etibarən "Google" şirkəti "Gemini" süni intellekt platformasının pulsuz versiyasından istifadə imkanlarını məhdudlaşdırıb.

Musavat.com xəbər verir ki, "9to5Google" nəşrinin verdiyi məlumata görə, pulsuz versiyanın istifadəçiləri üçün bundan sonra yalnız "Gemini 3.5 Flash-Lite" modeli əlçatan olacaq.

Yeni dəyişikliklər ödənişli paketlərə də təsir edib. Belə ki, ayda 4,99 dollar ödəyən "Google AI Plus" abunəçiləri də "Gemini Pro" modelinə giriş hüququnu itirəcəklər.

Bununla yanaşı, ayda 19,99 dollar ödəyən "AI Pro" tarifinin istifadəçiləri üçün əvvəllər daha baha pakete daxil olan "Deep Think" funksiyası aktivləşdiriləcək.

Paralel olaraq, oktyabr ayı ərzində "Google" tapşırıqlar üçün üç mürəkkəblik səviyyəsi - aşağı, orta və yüksək dərəcə tətbiq edəcək.

Süni intellektin imkanları və təyin olunmuş limitlərin xərclənməsi birbaşa bu mürəkkəblik səviyyələrindən asılı olaraq tənzimlənəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR