İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə yarısı raket yağışı: Təl-Əvivdə həyəcan siqnalları - VİDEO

Təl-Əviv gecə saatlarında raket hücumuna məruz qalıb, şəhər üzərində ard-arda partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemləri işə düşüb.

Musavat.com xəbər verir ki, yerli mənbələrin məlumatına görə, həyəcan siqnalları səsləndirildikdən dərhal sonra səma işıqlanıb, müdafiə sistemləri hücum edən raketləri havada zərərsizləşdirməyə başlayıb. Şəhərin müxtəlif istiqamətlərində güclü partlayış səsləri qeydə alınıb.

İlkin məlumatlara əsasən, raketlərin bir qismi hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib. Rəsmi qurumlar mümkün dağıntılar və itkilərlə bağlı hələlik dəqiq rəqəmlər açıqlamayıb. Əhali təhlükəsizlik məqsədilə sığınacaqlara yönləndirilib.

 

Musavat.com

@@/TVmusavat/141146@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR