Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallığın müəllifidir”.
Musavat.com xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Cənubi Qafqazda Yeni Geosiyasi Reallıqlar: Azərbaycan və Sülh Gündəliyi” mövzusunda tədbirdə BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
F.Şəfiyev qeyd edib ki, Ermənistandakı seçkilər bu ölkənin sülh prosesini davam etdirmək istədiyini göstərir:
“Azərbaycanın haqlı tələbləri dəyişməyib. Seçkidən sonra Qərb mediasında bəzi materiallar yayılıb ki, Azərbaycan referendumla bağlı tələbindən vaz keçməlidir, çünki Paşinyan çoxluq əldə etməyib. Hər ölkə öz maraqlarını önə çəkir. Azərbaycan da həmçinin. Bununla da bütün regiona töhfə verir. Azərbaycan rəhbərliyinin yanaşması birmənalıdır, dəyişməyəcək. Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, erməni xalqının mövqeyi əsasdır”.
Nigar Həsənli
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ