Onlayn ictimai-siyasi qəzet
Ermənistan Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb.
Musavat.com xəbər verir ki, məlumata görə, iyulun 8-də saat 16:00 radələrində Müdafiə Nazirliyinin N saylı poliqonunda keçirilən təlim zamanı minaatan mərmisi partlayıb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alanlar var.
Nazirliyin yaydığı açıqlamada bildirilib ki, hadisənin bütün detalları ilə araşdırılması üçün istintaq aparılır. Zərərçəkənlərin sağlamlıq vəziyyəti ilə bağlı əlavə məlumatın ehtiyac yarandıqca ictimaiyyətə təqdim olunacağı qeyd olunub.
Musavat.com
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ