İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda daxili parçalanma dərinləşir

Ermənistanda daxili siyasi vəziyyət getdikcə gərginləşir.

Musavat.com xəbər verir ki, müxalifət düşərgəsində təmsil olunan deputat Elinar Vardanyan ölkədə “parçala və hökm sür” siyasətinin dövlət idarəçiliyinin əsasına çevrildiyini iddia edib.

“Ermənistan” fraksiyasından olan deputatın iddiasına görə, son yeddi il ərzində hakimiyyət cəmiyyət daxilində müxtəlif qarşıdurmaları qızışdırmaqla mövqeyini qorumağa çalışır. O bildirib ki, bu proses siyasi baxışlardan ailədaxili münasibətlərə qədər bir çox sahəyə təsir göstərir.

Vardanyan xüsusilə nəsillər arasında gərginlik yaradıldığını bildirib. Onun iddiasına görə, yüksək vəzifəli şəxslərə ayrılan böyük məbləğli ödənişlər sistem daxilində sədaqətin təmin edilməsinə xidmət edir. Eyni zamanda pensiyaların artırılması ilə bağlı səslənən açıqlamalar yaşlı əhali arasında narazılığı artırır.

Vardanyan erməni cəmiyyətində mövcud olan bölünmələri də sadalayıb. Onun fikrincə, “keçmişlər və indiki hakimiyyət”, “Qərbyönlü və rusiyayönlü qüvvələr”, eləcə də Ermənistanla Qarabağ bölgəsi əhalisi arasında münasibətlər siyasi məqsədlərlə manipulyasiya olunur. Bundan başqa, “sülh tərəfdarları” və “müharibə tərəfdarları” anlayışlarının da daxili siyasi mübarizədə istifadə edildiyi iddia olunur.

Qeyd eədk ki, Elinar Vardanyan Azərbaycana qarşı revanşist mövqeyi ilə bilinən siyasətçilərdən sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR