Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin sədri Ruben Rubinyan ölkəsinin Avrasiya İqtisadi İttifaqından xaric edilməsi ehtimalları barədə danışarkən bunun hüquqi baxımdan imkansız olduğunu bildirib.
Musavat.com xəbər verir ki, erməni siyasətçi qurumun təsis sənədlərində belə bir addımın nəzərdə tutulmadığını vurğulayıb.
Rubinyan jurnalistlərə açıqlamasında qeyd edib ki, üzv dövlətlərdən hər hansı birini öz iradəsi əleyhinə ittifaqdan kənarlaşdırmaq mexanizmi ümumiyyətlə, mövcud deyil.
Bu səbəbdən Ermənistanın Aİ sırasından məcburi çıxarılması ilə bağlı səslənən iddiaların heç bir hüquqi və siyasi əsası yoxdur.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ